Xarici vətəndaşlar üçün Həcc ziyarəti QADAĞAN OLUNDUbackend

Xarici vətəndaşlar üçün Həcc ziyarəti QADAĞAN OLUNDU

Koronavirus pandemiyasına görə kəbə evini yalnız Səudiyyə Ərəbistanının peyvənd olunmuş vətəndaşları ziyarət edə biləcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə İşləri Nazirliyi tərəfindən elan verilib.

Məlumatda deyilir ki, hökumət zəvvarların təhlükəsizliyi və sağlamlığına hər zaman böyük əhəmiyyət verir və bunu vacib prioritet hesab edir. “Bütün zəvvarlar 18-65 yaş arasında olmalı və heç bir xroniki xəstəlikləri olmamalıdır” – deyə, vurğulanır.

Xatırladaq ki, 2020-ci ildə də Səudiyyə Ərəbistanı əcnəbi zəvvarların Həcc ziyarətinə getməsinə icazə verməmişdi. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*