Xatirə İslam necə arıqladığını AÇIQLADI – FOTObackend

Xatirə İslam necə arıqladığını AÇIQLADI - FOTO

Müğənni Xatirə İslam yeni görünüşü ilə “ağızlarda saqqız” olub.

KONKRET.az xəbər verir ki, hazırda BƏƏ istirahətinin dadını çıxaraq sənətçi arıqlayaraq “iynənin ucuna sap” olub.

Xatirə bunun üçün heç bir əməliyyat etdirmədiyini açıqlayıb.

“Düz 10 kiloqram… Heç bir dərmansız, çaysız, əməliyyatsız, nə bilim, heç nəsiz… Arada inad damarım tutur. Qaldı 10 kiloqramım, görüm onu nə edirəm”-, deyə Xatirə bildirib.

Qeyd edək ki, Xatirə İslam illər əvvəl çəki atmaq üçün plastik əməliyyat keçirsə də, bir müddət sonra yenidən kökəlib. Daha sonra arıqlamaq yolunda müğənni müxtəlif pəhrizlər saxladığı və çoxlu piyada gəzdiyini dilə gətirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*