XƏBƏRDARLIQ: Bu halda obyektlərə kamera quraşdırmaq və çəkiliş aparmaq qanunla QADAĞANDIRbackend

XƏBƏRDARLIQ: Bu halda obyektlərə kamera quraşdırmaq və çəkiliş aparmaq qanunla QADAĞANDIR

İş yerlərində təhlükəsizlik və xidmət keyfiyyətinə nəzarət məqsədilə kameraların quraşdırılması geniş yayılıb. Lakin bu prosesin hansı hallarda qanuni hesab edildiyi tez-tez müzakirə mövzusu olur.

Məsələyə hüquqi aydınlıq gətirmək üçün KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, iş yerlərində kamera nəzarəti yalnız iki əsas məqsədlə tətbiq oluna bilər:

Ramil Süleymanov

1. Təhlükəsizliyin təmin edilməsi;
2. Xidmət sektorunda müştəri–işçi arasında yarana biləcək anlaşılmazlıqların aradan qaldırılması

“ Kamera və audio müşahidənin aparıldığı ərazilərdə mütləq şəkildə məlumatlandırıcı lövhələr olmalıdır. Bu lövhələr olmadıqda, obyekt daxilində aparılan gizli kamera müşahidəsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilir”.

Süleymanov əlavə edib ki, kamera müşahidəsinə etiraz edən müştəri və ya xidmət alan şəxs əsaslandırılmış müraciətlə etirazını bildirə bilər:

“ Hətta həmin şəxsdən ona aid görüntülərin saxlanılmasına razılıq yoxdursa, bu halda görüntülərinin silinməsini tələb etmək hüququ da mövcuddur”.

Vəkil qeyd edib ki, məlumatlandırıcı lövhələr olmadan çəkiliş aparılması qanunla qadağandır və fiziki şəxslərin hüquqlarının pozulması hesab edilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*