Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq sədr müavini general-polkovnik Xəlil Arslanov 17 il ciddi rejimli koloniyada cəza çəkmək hökmu ilə məhkum edilib.
KONKRET.az xəbər verir ki, o, rüşvət alma və dələduzluq maddələri üzrə təqsirli bilinib.
Arslanov 2020-ci ildə həbs edilmişdi. İstintaq materiallarına görə, o, dövlət sifarişləri çərçivəsində xüsusi texnikanın təmiri və xidməti ilə bağlı müqavilələrdə 6,7 milyard rublun (85 milyon dollardan çox) mənimsənilməsində iştirak edib.
Bundan əlavə, onun “Azart” R-187-P1 tipli hərbi radiostansiyaların təchizatında da maliyyə pozuntularına yol verdiyi iddia olunur.
Sözügedən məhkəmə hökmü Rusiya ordusunda yüksək rütbəli şəxslərə qarşı aparılan nadir, lakin rezonanslı korrupsiya işlərindən biri kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az