Xərçəng müalicəsi alan kişinin saçları qaraldı – FOTOLARbackend

Xərçəng müalicəsi alan kişinin saçları qaraldı - FOTOLAR

Antalyada xərçəng xəstəliyindən müalicə olunan Cəmil Şimşək müalicədən sonra ağaran saç və saqqalının qaraldığını görüb.

KONKRET.az xəbər verir ki,  o, iki il əvvəl qarın ağrısı şikayəti ilə Antalya Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib. Müayinələrdə bağırsaq xərçəngi diaqnozu qoyulub. Müalicəsi başlanan Şimşəkin bağırsağının xərçəngli hissəsi əməliyyatla çıxarılıb və kimyaterapiya tətbiq edilib. Kimyaterapiya davam edərkən, Şimşək dərman müalicəsinə başlayıb. Bir müddət sonra onun saçları, saqqalı və bədən tükləri tökülüb. Müalicəsi başa çatdıqdan sonra bədənində dəyişikliklər müşahidə edən Şimşək saç və saqqalının uzanması ilə təəccüblənib. Xərçəng müalicəsindən əvvəl daha çox ağ olan saqqalı və saçları qaralıb və o  daha gənc görünməyə başlayıb.

55 yaşlı kişi hazırkı vəziyyəti ilə daha xoşbəxt olduğunu bildirib.

  • Xərçəng müalicəsi alan kişinin saçları qaraldı - FOTOLAR
  • Xərçəng müalicəsi alan kişinin saçları qaraldı - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*