Xəstəxanaya yerləşdirilən Pelenin son DURUMUbackend

Xəstəxanaya yerləşdirilən Pelenin son DURUMU

Braziliyalı futbol əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

KONKRET.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, futbolçuda tənəffüs yolu infeksiyası aşkarlanıb. Onun vəziyyəti stabildir.

“Tibb briqadası Peleyə tənəffüs yolu infeksiyası diaqnozu qoyub. O, antibiotiklərlə müalicə olunur. Xəstənin dərmanlara reaksiyası adekvat olub. Pele reanimasiyada deyil, adi palatada qalır. O, müalicəsini davam etdirmək üçün bir müddət xəstəxanada qalacaq”, – deyə agentliyin məlumatında qeyd olunur.

Qeyd edək ki, 82 yaşlı futbolçu bədənindəki bədxassəli şişlərin müalicəsi məqsədi ilə bu il iki dəfə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*