Xətai rayonunda ağaclar kəsilir – VİDEObackend

Xətai rayonunda ağaclar kəsilir - VİDEO

Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 1, 3 və 5 nömrəli binaların həyətində ağaclar kəsilir.

KONKRET.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya bina sakinləri məlumat verib.

Bildiriblər ki, bayram günlərindən istifadə edərək binanın həyəti qanunsuz olaraq hasarlanıb. Həyətdə ağaclar özbaşına kəsilir, sakinlərin narazılığına baxmayaraq iş icraçıları işlərini davam etdirirlər. Hətta kəsilən ağaclardan biri qaz xəttini də zədələyib

“Müvafiq qurumlardan xahiş edirik ki, özbaşına aparılan tikintini dayandırsınlar, kəsilən ağacların yerinə yeniləri əkilsin. Yerdə qalan digər ağacların da kəsilməsinin qarşısı alınsın. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma Birliyi də bu məsələyə müdaxilə etməlidir”, deyə sakinlər bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*