Xətt zədələndi: Bakının bu əraziləri qazsız qaldıbackend

Xətt zədələndi: Bakının bu əraziləri qazsız qaldı

Bakının Yasamal rayonunda qaz xətti zədələndiyindən, qazın təchizatında təcili dayanma olub.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Təmir-bərpa işləri aparılır.

Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*