Xəyal Bəşirov: “Ermənistanın son qərarı Qərbə doğru atılan addımdır”backend

Xəyal Bəşirov: "Ermənistanın son qərarı Qərbə doğru atılan addımdır"

Xəbər verdiyimiz kimi, Ermənistanın MDB Xarici İşlər Nazirləriyi Rəhbərlər Şurasının iki bəyanatına qoşulmamaqdan imtina edib. Ermənistan tərəfi  “Avrasiyada təhlükəsizlik prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatları imzalamayıb.

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov KONKRET.az-a açıqlamasında bildirib ki, bununla da Ermənistan Qərb yönümlü siyasətini açıq-aşkar nümayiş etdirib:

“Birtərəfli qaydada ayrı-ayrı dövlətlərə sanksyaların tətbiq edilməsi ilə bağlı məsələdən imtina etmək, birgə olaraq buna qarşı mövqe ortaya qoymaqdan Ermənistan imtina etdi. Son zamanlar, xüsusilə Paşinyanın hakimiyyətdə olduğu dönəmdə Ermənistan tərəfinin yürütdüyü siyasət Ermənistanın bu addımı atmasına gətirib çıxartdı. Məhz bunun nəticəsidir ki, Paşinyan KTMT, Aİİ və MDB-nin tədbirlərində iştirakdan imtina edirdi. Bu tədbirə gəlməklə isə  Paşinyan bir tərəfdən Rusiyanı tam küsdürməmək, digər tərəfdən öz niyyətini həyata keçirmək niyyətindədir. Təbii ki, Ermənistanın Rusiyaya qarşı mövqeyi göz qabağındadır. Faktiki olaraq Ermənistan həm Qərbə, həm də Rusiyaya işləyir. Ermənistan ATƏT-in Minsk qrupundan imtina etmək fikrində deyil. Bu da Ermənistanın  həm ABŞ, həm Fransa, həm də Rusiya ilə münasibətləri qoruyub saxlamaq cəhdidir. Hər birindən imkan tapdığı qədər öz xeyrinə nəsə qoparmaq istəyir. Rusiya bu gün Ermənistanın sərhədlərinin təhlükəsizliyini, iqtisadi və enerji təhlükəsizliyini təmin edən tərəfdir. Ona görə Ermənistan bu gün tam şəkildə Rusiyadan imtina edə bilmir. Amma eyni zamanda Qərbin troya atı rolunu oynayır. Eyni zamanda da Paşinyan hər iki  tərəfə işləyir. Amma  Avrasiyada təhlükəsizliyin təmin edilməsi ilə bağlı birgə mövqe ortaya qoymaqdan imtina etmək bir daha göstərir ki, bu, Qərbə doğru atılan addımdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*