Xeyriyyəçi peyda oldu: O, vətəndaşların mağazalara olan borcunu ödəyir.backend

Xeyriyyəçi peyda oldu: O, vətəndaşların mağazalara olan borcunu ödəyir.

İstanbulun müxtəlif bölgələrində zərf içərisində pul paylayan xeyriyyəçi peyda olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xeyriyyəçi Osmaniyənin Kadirli bölgəsində baqqal dükanlarını gəzərək yerli sakinlərin borclarını ödəyir. Sakinləri gizli xeyriyyəçinin kimliyi maraqlandırır.

Məhəllə sakini Ümit Üşen xeyriyyəçiləri gördüyünü açıqlayıb. O, deyib ki, məhəllədəki baqqal dükanlardan birinin qarşısında qara rəngli bir avtomobilin dayandığını görüb. “Maşından biri qadın olmaqla 3 nəfər düşdü. Onlardan biri mağazaya daxil olaraq borc dəftərini istədi və burda qeyd olunan bütün borcları ödədi”.

Gizili xeyirsevərlər digər məhəllələrə də baş çəkib. 7 Mart Məhəlləsində baqqallıq edənlərdən biri də xeyriyyəçiləri görüb. “3 nəfər idilər. Biri baqqala daxil olub borc dəftərini çıxar kimin borcu varsa ödəyəcəyik söylədi. Mən buna şübhə ilə yanaşdım. Niyə? sualını verdim. Yardım etmək istəyirik söylədilər. Razılaşmadım. Yalnız uzun müddətdir borcunu ödəyə bilməyən məhəllə sakininin borcunu aldım”.

Hazırda Kadirli bölgəsinin digər məhəllərinin baqqal sahibləri də gizli xeyirsevəri gözləyir. Onlar xeyriyyəçilərə səslənərək “Robin Hud. Sizi bizim məhəllədə də gözləyirik. Səsimizi eşit.” deyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*