Xəzər dənizi yoxa çıxır: Çıxış yolu açıqlandıbackend

Xəzər dənizi yoxa çıxır: Çıxış yolu açıqlandı

Son zamanlar Xəzər dənizinin səviyyəsinin olduqca aşağı düşməsi ciddi narahatlığa səbəb olub. Uzun zamandır su azalsa da, konkret səbəblər açıqlanmır. Maraqlıdır, sürətlə suyu çəkilən, quruyan bu nəhəng gölü “sağaltmağın” yolları varmı? Varsa, nədir?

Ümumiyyətlə, Xəzəri necə xilas etmək olar?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, müşahidələr onu göstərir ki, Xəzər dənizi səviyyəsi müntəzəm sürətdə artıb-azalmaqda davam edir.

O deyib, mövcud artıb-azalmalar təxmini 30-40 ildən bir təkrarlana bilər:

“Son mütəxəssis qiymətləndirmələri onu göstərir ki, iqlim dəyişmələrinin Xəzər səviyyəsinin azalmasında təsiri çoxdur. Əgər qlobal miqyasda ölkələr Paris razılaşmaları çərçivəsində öz götürdükləri öhdəliklərə əməl etsələr, iqlim dəyişmələri də dayanar. Beləliklə də, Xəzərə tökülən çayların sululuğu yenidən artmış olar. Bu isə müəyyən mənada Xəzər dənizinin səviyyəsini yüksəldə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*