“Xəzər Lənkəran” qayıdır? – RƏSMİ AÇIQLAMAbackend

"Xəzər Lənkəran" qayıdır? - RƏSMİ AÇIQLAMA

Mediada “Xəzər Lənkəran”ın bərpası ilə məlumatlar dərc olunur.

Yazılanlara inansaq, Mübariz Mənsimov stadionun təmiri və klubun bərpası üçün 5 milyon vəsait ayırıb. Təbii ki, bu məlumatlar Azərbaycan gündəminə bomba kimi düşdü. İctimaiyyət XL-in qayıtmasını cani-könüldən istəyir. Bu xəbər də onlar üçün yeni ümid oldu. Görəsən, informasiya nə qədər doğrudur? Məlumatı dəqiqləşdirməkdən ötrü Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyevə üz tutduq.

KONKRET.az xəbər verir ki, qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Xəzər Lənkəran” klubu niyə də bərpa olunmasın? Mübariz müəllim dəfələrlə müsahibələrində bildirib ki, “Xəzər Lənkəran” sevgisi mənim üçün heç vaxt bitməyəcək. Vəsaitin miqdarı ilə bağlı məlumatları deyə bilmərəm ki, doğrudur. Klubun arxasında Mübariz Mənsimov kimi öz azarkeşlərinə dəyər verən bir adam varsa, niyə də tam bərpa olunmasın? İnanırıq ki, tezliklə təmir işləri başlanacaq və biz azarkeşlərimizi sevindirəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*