Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub – FOTOLARbackend

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub - FOTOLAR

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə martın 21-də Xəzər rayonunda Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub.

KONKRET.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və RİH başçısı Aparatın şöbə müdirləri, şəhid ailələri, İctimai Birliklərin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları üstünə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunub.

Tədbirdə 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında olmuş Vətən torpaqlarının azad edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa olunması yolunda canlarından keçmiş şəhidlərimizin qəhramanlıqlarından söz açılıb.

Sonda şəhidlərin ailə üzvləri Prezident cənab İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*