Xəzərdə balıqlar istidən ölür – RƏSMİbackend

Xəzərdə balıqlar istidən ölür - RƏSMİ

Bakının Hövsan qəsəbəsindəki Qum adası deyilən yerdə balıqların kütləvi şəkildə tələf olması anomal istilərlə bağlıdır.

Bunu KONKRET.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, son günlərdə havaların çox isti keçməsi, cənub-şərq küləklərinin əsməsi Bakı buxtasının dayaz yerlərində suyun temperaturunun 28-29 dərəcəyə qalxamasına səbəb olur:

“Nəticədə oksigenin azalmasının təsirilə balıqlar tələf olub. Ölən balıqların 90 faizi kefal, qalanları kütüm, siyənək, kilkə balıqlarıdır. Belə halları əsasən iyul, avqust aylarında müşahidə edirdik. Lakin bu il iyun ayında anomal isti olduğu üçün belə hallar daha tez baş verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*