Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.
O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb:
“Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub”.