XII Qlobal Bakı Forumunda növbəti panel müzakirələr davam edir – FOTOLARbackend

XII Qlobal Bakı Forumunda növbəti panel müzakirələr davam edir - FOTOLAR

XII Qlobal Bakı Forumu çərçivəsində “Sülhə doğru” adlı panel müzakirə keçirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, panel müzakirədə çıxış edən Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko bildirib ki, Rusiyanın Ukraynaya hücumu NATO amili ilə bağlı deyil.

O, Ukraynanın neytral ölkə olduğunu vurğulayıb.

Katerina Yuşşenkonun sözlərinə görə, Rusiya qoşunları, Rusiyanın iqtisadiyyatı artıq zəifləyib.

“Birimizin məhvi hamımızın məhvi olacaq. Biz Vyetnam və ya Əfqanıstan olmayacağıq. Bu müharibədə qələbə qazanmaq Putini dayandırmayacaq”, – o qeyd edib.

Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç müzakirələrdə deyib ki, ukraynalılar sülhü hamıdan çox istəyir: “Tramp müharibəni dayandırmaq üçün səy göstərir. Müharibə – maddi və mənəvi itkidir. Masada həllini gözləyən xeyli mövzu var. Avropa İttifaqı təkcə atəşkəsə nail olmaq yox, uzunmüddətli sülhü bərqərar etmək istəyir”.

Monteneqronun sabiq Prezidenti Milo Dukanovic isə çıxışında bildirib ki, getdikcə insanlar demokratiyaya şübhə ilə yanaşırlar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin isə çıxışında qeyd edib ki, Fələstin-İsrail məsələsində “İki dövlətli həll variantı” seçilib.

“Fələstinlilərin Qəzzadan köçürülməsi etnik təmizləmə deməkdir, buna təəssüf edirəm”, – o deyib.

İsrailin sabiq Baş naziri Ehud Olmert fələstinlilərin Qəzzadan deportasiyasına qarşı çıxıb.

İsrailin sabiq xarici işlər naziri Tsipi Livninin sözlərinə görə, dünya liderlərinin çoxu artıq başa düşür ki, HAMAS hakimiyyətdə qalmamalıdır: “HAMAS hakimiyyətdə qalsa, dəstək alsa, ona pul ayrılsa, o, yenidən güclənəcək.

Xalqa ayrılmalı olan pullar yenə silahlanmaya yönləndiriləcək. Bundan həm fələstinlilər, həm də İsrail əziyyət çəkəcək. Müharibə yenidən başlayacaq. Cihad ideologiyası fələstinlilərin maraqlarını əks etdirmir, bu ideologiya artıq tarixə qovuşmalıdır”.

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç indi Ermənistanın sülhə razılaşmalı olduğunu vurğulayıb: “BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələri var, amma bu qətnamələrin heç biri icra edilməyib.

Ermənistanın Qarabağın işğalı ilə bağlı da qəbul edilən qətnamələr icra edilməmişdi. Qarabağın işğalını, Xocalı faciəsini xatırlayaq. O zaman dünya ölkələri sadəcə Minsk qrupunu yaratmaqla işlərini bitmiş saydılar. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, indi isə Ermənistan sülhə razılaşmalıdır”.

Panel müzakirələrlə başa çatıb.

XII Qlobal Bakı Forumunda növbəti panel müzakirə keçirilib - FOTO  XII Qlobal Bakı Forumunda növbəti panel müzakirə keçirilib - FOTO

***

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuş XII Qlobal Bakı Forumunun ikinci günü başlayıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradıb.

Forum martın 15-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*