Ceyhun Bayramov ATƏT Baş katibini Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə məlumatlandırıb.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, daha sonra Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbi də qarşı tərəfin diqqətinə çatdırılıb:
“Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur”.