XİN-də diplomatik xidmətə qəbul imtahanı keçiriləcəkbackend

XİN-də diplomatik xidmətə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi sentyabrın 17-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün test imtahanı keçirəcək.

KONKRET.az xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda- saat 10:00-da başlanır.

Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” gətirməlidirlər. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 474 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*