XİN Liviyaya başsağlığı verdibackend

XİN Liviyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı sarsıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir”, – deyə XİN-dən bildirilib.

Qeyd edək ki, Liviyanın şərqində Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” qasırğasının yaratdığı sel fəlakəti ciddi fəsadlar törədib. Fəlakətdə 2 mindən çox insanın öldüyü, 7 minə yaxın insanın itkin düşdüyü açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*