Xocalı cəlladı Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı – FOTObackend

Xocalı cəlladı Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı - FOTO

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.

“O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm”, – Mejlumyan deyib.

Qeyd edək ki, dünən Seyran Ohanyanın da Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanması xəbəri yayılıb.

Xatırladaq ki, S.Ohanyan 366-cı moto-atıcı alayın 2-ci batalyonunun komandiri kimi Xocalı soyqırımında aktiv şəkildə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*