Xocalı cəlladları Koçaryan üçün HƏRƏKƏTƏ KEÇDİbackend

Xocalı cəlladları Koçaryan üçün HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan erkən parlament seçkilərində bu ölkənin ikinci prezidenti Robert Koçaryanın namizədliyini dəstəkləyəcək.

KONKRET.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Ohanyan bildirib ki, Robert Koçaryan onu komandasına qoşulmağa və erkən seçkilərdə iştirak etməyə dəvət edərsə, bu təklifi qəbul edəcək:

“İndiyə qədər Robert Koçaryanın komandasında olacağımla bağlı heç bir müzakirə yoxdur, amma seçkiyə getsə, onu dəstəkləyəcəyəm. Dəvət olarsa, təbii ki, qəbul edəcəyəm”.

Erməni mediasının iddiasına görə, Robert Köçəryan fəal şəkildə parlament seçkilərinə hazırlaşır. O, nüfuzlu statusu olan şəxslərin də daxil olduğu seçki siyahısı hazırlamağa başlayıb. Medianın yazdığına görə, sabiq prezident siyahını mümkün qədər möhkəm tutmaq istəyir. Həmin şəxslər arasında mobil operator şirkəti “VivaCell-MTS”nin baş direktoru Ralf Yirikyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərlərindən biri, keçmiş müdafiə naziri Seyran Ohanyan, baş qərargahın keçmiş rəisi Yuri Xaçaturovun və baş nazirin keçmiş müavini Armen Gevorqyanın adı var.

Koçaryanın komandasına iş adamı Artak Tovmasyanın qatılması da mümkündür. Mətbuatda yer alan xəbərlərə görə, keçmiş baş nazir Karen Karapetyanla da müzakirələr aparılır. Sonuncunun hər cür dəstək verəcəyini iddia etdiyi, ancaq seçki siyahısında yer istəmədiyi iddia edilib. Erməni nəşrlərinə görə, ikinci prezidentin siyahısına keçmiş ədliyyə naziri Arpina Ovannisyan da daxil ediləcək – o, siyahının üçüncü nömrəsi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*