Xocalı soyqırımı 30: Ermənilər təzminat ödəyəcəkmi?backend

Xocalı soyqırımı 30: Ermənilər təzminat ödəyəcəkmi?

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 30-cu ildönümü yaxınlaşır.

KONKRET.az xəbər verir ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis ilk dəfə “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.

Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Azərbaycan Ermənistanın Xocalıda törətdiyi vəhşiliklərə görə təzminat istəyə bilərmi?


Bu haqda Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a danışarkən təzminatla bağlı məsələnin  bitmədiyini söyləyib:

“Azərbaycanın təzminat istəməyə tam haqqı var. Dövlətimiz və Xocalı soyqırımında zərərçəkmiş vətəndaşlar Beynəlxalq Məhkəməyə müraciət etməli və Ermənistandan mütləq şəkildə təzminat tələb etməlidir. Ancaq tək təzminatla məsələ bitmir.

Ermənistan Xocalıda törətdiyi soyqırıma görə mövcud Beynəlxalq Hüquqa  və Azərbaycan Respublikasının qanunlarına əsasən soyqrımın törədilməsində iştirak edən həm dövlət,  həm də  hərbçilərin hamısı cinayət məsuliyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, XX əsrin ən amansız soyqırımlarından olan Xocalı faciəsi zamanı 613 nəfər erməni silahlı quldur dəstələri tərəfindən öldürülüb. 25 uşaq hər iki valideynini itirib. 8 ailə tamamilə məhv edilib. 1275 nəfər əsir götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*