“Xocalı soyqırımı azərbaycanlıların etnik təmizlənməsinə hesablanmış hərbi əməliyyat idi” – Prezidentin köməkçisibackend

"Xocalı soyqırımı azərbaycanlıların etnik təmizlənməsinə hesablanmış hərbi əməliyyat idi" - Prezidentin köməkçisi

“Biz ədalətə çağırış edirik. Biz Ermənistanı Xocalı soyqırımını tanımaqla və üzr istəməklə tarixindəki bu ləkəni silməyə çağırırıq”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən konfransda bildirib.

H.Hacıyev qeyd edib ki, Xocalı faciəsi beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn üzərində bir ləkədir:

“Oxşar faciələr Ruanda və Balkan yarımadasında da baş verib. Lakin həmin hallarda beynəlxalq ictimaiyyət bir araya gələrək məhkəmələr təşkil edib. Bunların heç biri Xocalı soyqırımı üçün edilməyib”.

Prezidentin köməkçisi xüsusi vurğulayıb ki, Xocalı faciəsi azərbaycanlıların etnik təmizlənməsinə hesablanmış hərbi əməliyyat olub:

“Xocalıda baş verən hadisələr beynəlxalq hüquqların birbaşa pozuntusu idi. Xocalı hadisəsi bu torpaqları ələ keçirmək və azərbaycanlıların etnik təmizlənməsini həyata keçirmək niyyəti ilə hazırlanmış hərbi əməliyyatın nəticəsidir. Bu gün biz gələcəyə baxır və Xocalı hadisələrinin təkrarlanmamasına çalışırıq”.

Vəsilə İbrahim

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*