Xocavənd rayonunun işğaldan azad edilən Düdükçü kəndi – FOTObackend

Xocavənd rayonunun işğaldan azad edilən Düdükçü kəndi - FOTO

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Sosial şəbəkələrdə azad edilmiş Düdükçü kəndindən fotoşəkillər yayılıb. Fotolarda kəndin əsrarəngiz təbiəti əks olunub.

İlk növbədə qeyd edək ki, Düdükçü kəndinin adı bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə adlanır. Keçmiş adı Kolatağ olub.

Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Sözügedən kənddə Nadir şah Əfşar dönəmində (1743-cü il) tikilmiş kilsə və Qarabağ xanlığı dönəminə aid məzarlığın yerləşdiyi bildirilir.

Həmin fotonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*