Xocavəndə kiçik biznesləri ilə qayıdacaqlar – FOTOLARbackend

Xocavəndə kiçik biznesləri ilə qayıdacaqlar - FOTOLAR

Qarabağın işğaldan azad olunmasından sonra doğma torpaqlarına qayıtmaq istəyən Xocavənd sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.

KONKRET.az xəbər verir ki, proqram çərçivəsində onlara mal və materiallar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar bu kiçik bizneslərini Xocavəndə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər. Dövlətin dəstəyini hər zaman hiss etdiklərini deyən Xocavənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*