Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin daha 2 oyunu keçirilir.
KONKRET.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/4 finala yüksəlib.
Günün digər qarşılaşmasında isə Braziliya Cənubi Koreya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.