Xorvatiya 2023-cü ildə avroya keçirbackend

Xorvatiya 2023-cü ildə avroya keçir

2013-cü ildən Avropa Birliyinin üzvü olan Xorvatiya 2023-cü il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Xorvatiya parlamenti avronun ölkədə rəsmi valyuta kimi dövriyyəyə buraxılması haqqında qanunu yekdilliklə qəbul edib.

Belə ki, iclasda 117 deputat qanunun lehinə səs verib. 13 deputat əleyhinə, bir deputat isə bitərəf qalıb.

Digər tərəfdən Sağçı partiyalar avroya keçidin ölkədə yoxsulluğu artıracağını əsas gətirərək qanuna qarşı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, ilk dəfə 1999-cu ildə dövriyyəyə buraxılan ümumi pul vahidi avro Aİ-nin yalnız 19 üzv dövlətində istifadə olunur.

İqbal Rzayev,

KONKRT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*