Xudavəng məbədində 6 erməni keşiş var — II Qaregin Putinə təşəkkür etdibackend

Xudavəng məbədində 6 erməni keşiş var — II Qaregin Putinə təşəkkür etdi

Bütün ermənilərin Katolikosu II Qaregin Kəlbəcər rayonunun Vəng kəndində yerləşən qədim Alban məbədi olan Xudavəngi mühafizə etdiyi üçün Rusiyaya təşəkkür edib.

KONKRET.az-ın məlumatına görə, Turkustan.az xəbər verir ki, Eçmiədzində keçirilən “Dini Azadlıq və sülh” forumunda çıxış edən katolikos Xudavəngi “ən qədim erməni monastrı” adlandırıb Rusiya Patriarxı, Rusiya Prezidenti və rus sülhməramlılarının səyləri sayəsində qorunub saxlanıldığını deyib. Bildirib ki, hazırda məbəd kompleksdə 6 erməni keşiş fəaliyyət göstərir.

Qeyd edək ki, ötən həftə Kəlbəcərdə olan bir qrup jurnalist Xudavəng məbədinə baş çəkib. Orada olan rusiyalı əsgərlər məbəddə erməni keşişlərin olmasını inkiar etmişdi. Eyni zamanda, jurnalsitlər məbədin içərisinə buraxılmamışdı. /demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*