Xudavəng məbədində dini ayinlər icra olunub – FOTObackend

Xudavəng məbədində dini ayinlər icra olunub - FOTO

Alban-udi dini icması və digər xristian icmalarının Kəlbəcərdə Xudavəng monastrını ziyarət edib.

KONKRET.az xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə baş tutub.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, təşkil olunan səfərdə Dövlət Komitəsinin, Alban-udi dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, KİV nümayəndələridə iştirak edib.

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi olan və Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olan Xudavəng monastırına gələn Dini icma üzvləri məbəddə dini ayin icra edərək dualar oxuyublar, şəhidlərin ruhuna şamlar yandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*