backend

Xüsusi karantin rejimi nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

“Bu fikirlə razıyam ki, pandemiya sona doğru gedir. Çünki yoluxma indeksinin yüksək olması və buna baxmayaraq ölüm hallarının minimal olması buna işarədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla səsləndirib.

Professor hesab edir ki, pandemiya olduğu müddətdə karantin müəyyən səviyyədə qalmalıdır: “Karantinin sərtləşdirilməsi və ya yumşaldılması epidemioloji duruma bağlıdır. Bir müddətdən sonra yumşalmalara getmək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın bitməsi ilə bağlı elanı ortada olduğu halda karantin tamamilə ləğv ediləcək”.

Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün mətbuata açıqlamasında deyib ki, ölkədə koronavirusa ölüm halları minimal səviyyədədir və buna görə pandemiyanın sonuna doğru getdiyini bəyan edə bilər. BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*