“Ya çoxsaylı insan təlafatı ilə nəticələnən müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək” – David Babayanbackend

“Ya çoxsaylı insan təlafatı ilə nəticələnən müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək” – David Babayan

Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “xin rəhbəri” David Babayan deyib ki, hadisələr iki ssenari üzrə inkişaf edə bilər: “Ya çoxsaylı insan təlafatı ilə nəticələnəcək və müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”.

Babayanın fikirlərini KONKRET.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, birinci ssenarinin perspektivi zəifdir: “Kiçikçaplı əməliyyatlar ola bilər. Proseslər daha çox ikinci ssenari üzrə gedir. Yəni ermənilər bölgəni tərk edirlər. Babayanın separatçı-terrorçu rejim üçün mənfi ssenariləri dilə gətirməsi Rusiyadan, Ermənistandan və erməni diasporundan daha çox dəstək əldə etmək məqsədi daşıyır. Bu, həm də separatçıların çətin vəziyyətdə olduğuna dəlalət edir” – şərhçi vurğulayıb.

Asif Nərimanlı baş nazir Nikol Paşinyanın hökumətin iclasındakı çıxışına da toxunub və onun üç fikrinə diqqət çəkib:

– Zəngəzur dəhlizinin açılmasına hazırdırlar;

– Türkiyə ilə əlaqələrin bərpası üçün daha geniş kontekstdə danışıqlar aparmaq istəyirlər;

– Sərhədin demarkasiyası vacibdir: yəni Ermənistan buna da hazırdır;

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Siyasi şərhçi əlavə edib ki, Ermənistan baş nazirinin sözləri son proseslər fonunda da maraqlıdır: “Paşinyan Türkiyədən müsbət siqnalların gəldiyini açıqlamışdı. Sərhəddən ordunu geri çəkməyə, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarını bildirmişdi. Sərhəd istiqamətində erməni təxribatları son dövrlər səngiyib. Bütün bunlar Azərbaycanın istəklərinin icra edilməsi prosesində irəliləyişin olacağı gözləntisini artırır. İstisna deyil ki, bunda Ankaranın İrəvana göndərdiyi “müsbət siqnallar”ın da rolu var”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*