Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində dəyişiklik yoxdur.
KONKRET.az bildirir ki, bu haqda Teleqraf-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
“Xəstənin vəziyyəti ağır olaraq qalır. Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, Yadigar Muradov qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.