Qardaş ölkədə baş verən zəlzələ təkcə Türkiyənin yox, ümumilikdə bütün dünyanın faciəsidir. Üstəlik, bu cür təbii fəlakətlərdən heç kim sığortalanmayıb. Vay o gündən ki, insan övladının əli ilə törədilən faciələrə “qəhrəman” donu geyindirilsin. Bax, əsl insanlıq faciəsi bu zaman yaşanır. Elə Fransada olduğu kimi..
Aydındır ki, Fransa Ermənistandan daha çox ermənidir. Sanki “fransızların xəmiri erməni xəlbiri ilə yoğrulub”. Bu ölkədə erməni diasporunun güclü olması, çoxsaylı “dığa”ların yaşaması, dediklərimin əyani sübutudur. Ancaq məsələ təkcə bununla bitmir. Fransızların “zatı”nda fitnə-fəsad, saxtakarlıq əsas yer tutur. Elə ona görə də, erməni terrorçuları, əli müsəlman qanına batan qatillər Russonun, Mönteskyenin vətənində qəhrəman elan edilir. Qınamıram! Afrikada milyonlarla müsəlmanı vəhşicəsinə qətlə yetirən bir dövlətdən başqa nə gözləmək olar ki? Dünyaya demokratiya hayqıran Fransada bu sözün hərfi mənasından başqa heç nəyi anlamırlar. Yoxsa Xocalı cəlladını bəh-bəhlə televiziyaya çıxarıb ondan niyə reportaj hazırlasınlar ki? Özüdə vaxtilə Fransada Bank qarət edərək ömürlük həbsə məhkum olunan ASALA üzvü Gilbert Minassian kimi bir cəlladdan…
Qeyd edim ki, Fransa vətəndaşı olan terroçu Minassіan 1980-ci illərdə ASALA təşkilatını maliyyələşdirmək üçün Bankı qarət edib. Ömürlük azadlıqdan məhrum olunsa də, Ermənistana qaçaraq Birinci Qarabağ müharibəsində azərbaycanlıları qəddarlıqla qətlə yetirib. Odur ki, ASALA üzvü haqqında reportaj hazırlanması Fransanın terrorçu xislətindən xəbər verir.
Ən maraqlısı isə odur ki, bu cür bir dövlət zaman-zaman Azərbaycanda guya insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına irad bildirir. Belə yerdə deyirlər, “Yalansa fransuzski ilan vursun dilindən”. İnsan hüquq və azadlıqlarını məhz Fransa Əlcəzairi, Tunisi və digər Afrika ölkələrini işğala məruz qoyarkən, milyonlarla günahsız insanı qətlə yetirərkən, təbii sərvətlərini yağmalayarkən pozmayıbmı? Yaxud 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, milyondan çox insanın qaçqın və məcburi köçkük həyatı yaşamasına səbəb olan, azərbaycanlıları soyqırıma məruz qoyan Ermənistanı dəstəkləyən Fransa demokratik dəyərlərə tüpürməyibmi? Nəhayət əli müsəlman qanına batan Minassian və onun kimi terrorçuları qəhəmana çevirən Fransa heç utanmırmı? Əslində sualların cavabı bəllidir. Utanan bir dövlət və ya millət bu cür məkrli addımları heç vaxt atmazdı. Fransa isə terrorçu Minassianı televiziyaya çıxararaq onun Qarabağ müharibəsində günahsız insanları necə qətlə yetirməsi haqda danışdıqlarına qulaq asır. Əslində buna da təəccüblənməməliyik. Qəhrəmanı erməni terrorçusu Minassian olan Fransa gec-tez məhvə məhkumdur. Yəqin ki, dünyanın yarısını işğal edən Napaleonun sümükləri inildəyir.
Müşviq Tofiqoğlu,
KONKRET.az