Yanacaq dövrü tarixə qovuşur?backend

Yanacaq dövrü tarixə qovuşur?

Kembric Universitetinin alimləri ekoloji təmiz enerji istehsalı sahəsində yeni bir dövr açacaq bir kəşfə imza atıblar. Onlar atmosferdəki karbon dioksidi (CO2) sintetik yanacağa çevirərək, avtomobil və təyyarələr üçün alternativ yanacaq istehsal edən Günəş enerjisi ilə işləyən cihaz hazırlayıblar. Bu innovativ texnologiya, karbon dioksid tutma və saxlama üsullarına alternativ olaraq eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yeni bir addım təklif edir. Cihaz fotosintez prosesində olduğu kimi heç bir naqil və ya batareya istifadə etmədən fəaliyyət göstərir, bu da onu ekoloji baxımdan daha davamlı və effektiv edir.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, texnologiya mövcud karbon dioksidi tutma və saxlama üsullarına alternativ kimi təklif olunur və iqlim böhranına qarşı yeni bir həll təklif edir.

Kembric Universitetinin Kimya Departamentindən Yusif Hamid Sayan Kar karbon dioksidin atmosferdən çıxarılaraq təmiz enerji istehsalında istifadə edilə biləcəyini vurğulayıb. Cihaz gecə vaxtı havadakı karbonu xüsusi filtrlər vasitəsilə udaraq gün ərzində günəş işığının təsiri ilə kimyəvi reaksiyaya məruz qoyur və onu benzinə alternativ olan sintetik yanacağa çevirir. Tədqiqata rəhbərlik edən professor Ervin Reisner bildirib ki, qalıq yanacaqları yandırmağa davam etmək əvəzinə ehtiyac duyduğumuz bütün karbon dioksidi birbaşa havada tuta və yenidən istifadə edə bilərik. Bu yanaşma ilə davamlı iqtisadiyyat da qurmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*