Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşulubbackend

Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşulub

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.

KONKRET.az xəbər verir ki, kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*