Yanğınlar “Akkuyu” AES-ə ÇATDI – Fəlakət baş verə bilərbackend

Yanğınlar “Akkuyu” AES-ə ÇATDI - Fəlakət baş verə bilər

Türkiyədə havaların kəskin isti və quraqlıq keçməsi nəticəsində baş verən meşə yanğınları Rusiya ilə birgə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyasının ətrafına qədər yayılıb. Hazırda stansiya ətrafında yanğın təhlükəsi qalmaqdadır.

KONKRET.az xəbər verir ki, yanğınlar nəticəsində hələlik xəsarət alanlar barədə məlumat verilməsə də, ümumilikdə vəziyyət narahatlıq doğurur.

Türkiyə rəsmilərinin daha əvvəl verdiyi məlumata görə, ölkənin şimal-qərbində yerləşən beş vilayətdə — Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisada yanğınlar qeydə alınıb.

Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklının açıqlamasına görə, baş vermiş yanğınlar nəticəsində 10 nəfər həyatını itirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*