Yanvarın 1-dən MDB-yə sədrlik bu ölkəyə keçirbackend

Yanvarın 1-dən MDB-yə sədrlik bu ölkəyə keçir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək MDB-nin Aşqabad Sammitinin qərarına əsasən Birlikdə sədrlik Özbəkistana keçəcək.

MDB-yə sədrlik Özbəkistan tərəfindən hazırlanmış Konsepsiyaya, həmçinin təşkilat daxilində qəbul edilmiş müxtəlif əməkdaşlıq sahələrində plan və proqramlara uyğun olaraq həyata keçiriləcək.

Özbəkistan eyni zamanda Dövlət və Hökumət Başçıları, Xarici İşlər Nazirləri və İqtisadi Şuralarda, Birliyin nizamnaməsində və digər orqanlarında iştirak edən dövlətlərin Daimi Səlahiyyətli Şurasında, eləcə də İqtisadi Məsələlər üzrə Komissiyada sədrlik edəcək.

Sədrlik çərçivəsində müxtəlif səviyyə və formatlarda 70-ə yaxın tədbirin, o cümlədən Dövlət və Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri və İqtisadi Şuralar, Parlamentlərarası Assambleya, İqtisadi, Elm və İctimai Forumların keçirilməsi planlaşdırılır.

Özbəkistanın sədrliyi dövründə çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş 10-dan çox konseptual sənədin hazırlanması və qəbul edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*