YAP-dan Əli Əhmədova böyük etimad – Bu posta gətirilirbackend

YAP-dan Əli Əhmədova böyük etimad - Bu posta gətirilir

Xəbər verdiyimiz kimi, bugün VII çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, Parlament rəhbərliyində təmsil olunacaq şəxslərin adları bəllidir. Milli Məclisdə çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyası sədr postuna deputat Sahibə Qafarovanın namizədliyini irəli sürüb. Sədrin birinci müavininin kimliyini də iqtidar partiyası müəyyən edib. Ən son məlumatlara görə, YAP Milli Məclis sədrinin birinci müavini postuna Baş nazirin sabiq müavini Əli Əhmədovun namizədliyini irəli sürüb.

Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri vəzifəsinə deputat Musa Qasımlının və deputat Rafael Hüseynovun namizədlikləri irəli sürülüb. /yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*