YAP-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMAbackend

YAP-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin partiyanın Veteranlar Şurasından, o cümlədən YAP-dan hələ də xaric edilməməsinə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, A.Rəhimzadə pravda.az-a açıqlamasında bildirib ki, hər şey qanun çərçivəsində həll edilməlidir.

“Ramiz Mehdiyevlə bağlı məsələlər sübuta yetirildikdən sonra bu addımlar atılacaq. Bu dəqiqə araşdırmalar aparılır. Nəticəyə əsasən, həm müvafiq orqanlar, həm də YAP tərəfindən Ramiz Mehdiyev barədə qərar qəbul olunacaq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*