Yapon dənizində təşvişbackend

Yapon dənizində təşviş

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Cənubi Koreya ordusunun Baş Qərargahı sınağın Tonqçanq-ri bölgəsində baş tutduğunu bildirib.

“Ordumuz müşahidə və sayıqlıq hazırlığını gücləndirməklə yanaşı, ABŞ-la sıx əməkdaşlıqda mövqeyini qoruyur”, – açıqlamada deyilir.

Yaponiya maksimum 50 kilometr hündürlüyə çatan ballistik raketin havada 800 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyünü açıqlayıb.

Yaponiya müdafiə nazirinin baş müavini İno Toşiro ballistik raket sınağını “tamamilə qəbuledilməz” adlandırıb.

Rəsmi Tokio raketin Yaponiyanın milli təhlükəsizlik zonasından kənara düşdüyünü və ərazidəki hava və dəniz vasitələrinə zərər vermədiyini bildirib.

Sınağın Cənubi Koreya və ABŞ hərbi qüvvələrinin bu həftənin əvvəlində başladığı və martın 23-dək davam edəcək “Azadlıq Qalxanı” təlimi ilə eyni vaxta düşməsi diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*