Yapon milyarder Yusaku Maezava gələn il “SpaceX” raketi ilə Ay səyahətində onu müşayiət edəcək məşhur 8 nəfərlik komandanı açıqlayıb.
KONKRET.az İHA–ya istinadən xəbər verir ki, bu barədə iş adamı sosial mediada paylaşım edib.
O bildirib ki, sahibkar İlon Maskın “SpaceX” raketlərindən biri ilə edəcəyi səyahətdə onu ABŞ-dan DJ Stiv Aokini, yutuber Tim Dod, rejissor Brendan Hall, çexiyalı rəssam Yemi A.D, İrlandiyalı fotoqraf Rhiannon Adam, britaniyalı fotoqraf Kərim İliya, hind aktyoru Dev Coşi və Cənubi Koreyalı K-pop ulduzu TOP kimi tanınan Çoi Seung-hyun müşayiət edəcək.
Qeyd olunub ki, ABŞ snoubordist Keytlin Farrinqton və yapon rəqqasə Miyu da ehtiyat ekipaj üzvləri kimi siyahıdadır.
İqbal Rzayev,
KONKRET.az