Yapon neft tədarükçüsü Eneos Rusiyadan idxalı dayandırırbackend

Yapon neft tədarükçüsü "Eneos" Rusiyadan idxalı dayandırır

Yaponiyanın ən böyük neft tədarükçülərindən biri olan “Eneos Holdings” Rusiyadan neft idxalını dayandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Eneos”un prezidenti Saito Takeşi keçirdiyi mətbuat konfransında bildirib.

Rus neftinin “Eneos”un ümumi idxalının 5 faizi təşkil etdiyini vurğulayan Saito, şirkətin Yaxın Şərq də daxil olmaqla alternativ ölkə mənbələrinə müraciət edəcəyini qeyd edib.

Digər tərəfdən Yaponiyanın neft tədarükçülərindən biri olan “İdemitsu Kosan” da Rusiyadan idxalı dayandırmağı planlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, Tokio hökuməti G7 ölkələri ilə əməkdaşlıq çərçivəsində Rusiya neftinin ölkəyə idxalını qadağan etməyə hazırlaşdıqlarını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*