Yaponiyada hər 10 nəfərdən biri 80 və daha yuxarı yaşdadır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu göstərici ölkə əhalisinin sürətlə qocalmasından xəbər verir.
Rəsmi məlumatlara görə, 65 və daha yuxarı yaşda olanlar Yaponiyada əhalinin 29,1 faizini təşkil edir. Bu isə dünyada ən yüksək göstəricidir. Bu rəqəmləri Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi ölkədə rəsmi bayram sayılan “Ahıllara Hörmət Günü” münasibəti ilə açıqlayıb.
Bildirilib ki, doğum səviyyəsinin azalması, işçi qüvvəsinin azalması, əhalinin qocalması pensiya və səhiyyə xidmətlərinin maliyyələşdirilməsinə mənfi təsir göstərəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az