Yaponiya raket sınağına görə Şimali Koreyaya etirazını bildirdibackend

Yaponiya raket sınağına görə Şimali Koreyaya etirazını bildirdi

Yaponiya mayın 7-də keçirilən növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat yayan Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın sualtı bazadan ballistik raket buraxılışını sınaqdan keçirdiyini bildirib. Qeyd edilir ki, raket Yapon dənizində Yaponiyaya məxsus iqtisadi zonanın kənarında dənizə düşüb.

Rəsmi mənbələrin bildirdiyinə görə, raket Şimali Koreyanın şərq sahillərindən yerli vaxtla saat 14:06-da buraxılıb və şərq istiqamətində hərəkət edib. Onun təqribən 50 kilometr hündürlükdə uçduğu və 600 kilometr məsafəni qət etdiyi qeyd olunur.

Yaponiyanın müdafiə naziri Kişi Nabuo deyib ki, bu, cari ildə Şimali Koreyanın sayca 14-cü raket sınağıdır. Nazir, həmçinin Yaponiyanın sınaqla bağlı Şimali Koreyaya etiraz etdiyini və bunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini pozduğunu bildirib.

K.Nabuo, eyni zamanda, qeyd edib ki, nazirlik tərəfindən aparılan təhlilə əsasən Şimali Koreyanın cari ayda nüvə sınağını başa çatdıracağını təsdiq edib. Bu barədə məlumatı ABŞ hərbiçiləri də təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*