Yaponiya Rusiyadan müdafiə üçün nüvə silahının olmasını zəruri hesab edirbackend

Yaponiya Rusiyadan müdafiə üçün nüvə silahının olmasını zəruri hesab edir  

Yaponiya Rusiyadan müdafiə üçün nüvə silahının olmasını zəruri hesab edir.

KONKRET.az xəbər verir ki, artıq bir müddətdir ki, Yaponiyanın mərkəzi qəzetlərində və digər nəşrlərdə Yaponiya-Rusiya münasibətlərinə dair məqalələr yerləşdirilir. Eyni zamanda, Yapon nəşrlərinin redaksiyaları Rusiya ilə müharibəyə çağıran şərhləri senzura etmir.

Yaponiyanın nüfuzlu nəşri hesab edilən Yahoo News Japan-ın Kuril və Saxalin adalarında canlı atəşlə planlaşdırılan təlimlər haqqında məqaləsinə əsasən, yenidən Rusiyaya qarşı şərhlər yazılıb. Eyni zamanda, “adi yaponlar” təkcə Kurilin cənubunu geri almağa deyil, həm də “Kremili məhv etmək” üçün kompakt silah yaratmağa çağırırlar.

Yapon oxucularının tərcümə edilmiş şərhlərindən bir neçəsini təqdim edirik:

“Son aylarda Rusiya ordusu Uzaq Şərqdə və şimal ərazilərdə nəzərəçarpacaq tezlikdə təlimlər keçirir. Hesab edirəm ki, məqsəd Rusiyanın gücünü vurğulamaq və daxili siyasi arenada vintləri sıxmaqdır. Bundan başqa, Moskva Qazaxıstan və Ukraynada aqressivdir, ona görə də Yaponiya da sayıqlığını artırmalıdır”.

“Rusiya ilə danışıqlar aparmaq üçün Yaponiyaya Kremli məhv edəcək güclü salfet qutusu ölçüsündə silah lazımdır. Yüzlərlə belə silah hazırlanıb istənilən vaxt istifadəyə hazır olmalıdır”.

“Rusiyanın hərəkətlərinə baxanda, başa düşürsən ki, Yaponiyanın nüvə silahına ehtiyacı var. Düşünürəm ki, bir çox ölkələr bunu bəyənəcək. Amma açıq şəkildə qeyd etmək lazımdır ki, bu silahlar sırf müdafiə məqsədi daşıyır”.

“Yaponiya başqa ölkələrin öz ərazisində hərbi təlim keçirməsinə icazə verməməlidir! Etiraz və təəssüflənməyin mənası yoxdur. Rusiyaya qarşı sərt iqtisadi sanksiyalara ehtiyac var!”

“Rusiya adaları geri qaytarmır və bu, beynəlxalq hüququn pozulmasıdır. Nüvə silahını qəbul etmək və zərbə ehtimalını istisna etməmək lazımdır. ABŞ-ın raket bölmələri Hokkaydoya yerləşdirilməlidir. Ola bilsin ki, Rusiyanın Kuril adalarında hərəkətləri ABŞ-la Ukrayna üzrə danışıqlarla bağlıdır”.

Bu sətirlərin oxuduqca anlayırsan ki, Yaponiya ilə Rusiya arasında dostluq və mehriban qonşuluq cəhdi bu vədlərinin səmimiliyinə şübhə yaradır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*