Yaponiyada 6,7 ​​bal gücündə zəlzələ baş verdibackend

Yaponiyada 6,7 ​​bal gücündə zəlzələ baş verdi

Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasının sahillərində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.

KONKRET.az Milli Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, 1 metr hündürlüyündə sunami təhlükəsi var.

Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.

Həmin ərazidə dekabrın 8-də 7,5 maqnitudalı zəlzələ baş vermiş, daha sonra hündürlüyü 70 sm-ə qədər olan sunami meydana gəlmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*