Yaponiyada demoqrafik böhran: Doğum səviyyəsi aşağı düşürbackend

Yaponiyada demoqrafik böhran: Doğum səviyyəsi aşağı düşür

Yaponiyada doğum nisbəti ardıcıl yeddinci ildir ki, 1,26 səviyyəsinə qədər azalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.

İllik demoqrafik statistikaya görə, 2022-ci ildə ümumi doğum nisbəti 2005-ci ildəki 1,2601-dən 1,2565-ə düşüb.

Bildirilib ki, əhalinin səviyyəsinin sabitləşməsi üçün ümumi doğum əmsalı 2,07 olmalıdır.

Məlumata görə, 125 milyondan çox olan Yaponiya əhalisi 16 ildir ki, azalır və 2070-ci ilə qədər 87 milyona düşəcəyi proqnozlaşdırılır.

Belə ki, Yaponiyada yeni doğulanların sayı keçən il 5% azalaraq 77,747-yə enib. Əhalinin sayı 798 214 nəfər azaldığından ölənlərin sayı 9% artaraq 1,57 milyona çatıb.

Qeyd olunub ki, hökumət növbəti üç il ərzində yeni uşağa qulluq paketi üçün illik 3,5 trilyon yen (25,2 milyard dollar) ayırmağı planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*