Yaponiyada dünyanın ən böyük turpu yetişdirildi – FOTObackend

Yaponiyada dünyanın ən böyük turpu yetişdirildi - FOTO

Yaponiyada “Ginnesin Rekordlar Kitabı”na düşən dünyanın ən böyük turpu yetişdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə UPİ nəşri məlumat yayıb.

Bildirilib ki, turpun çəkisi 45 kiloqram olub.

Agentlik yazır ki, tərəvəzin yetişdirildiyi təsərrüfat gübrələr üzrə də ixtisaslaşıb. Belə ki, şirkət hər il nəhəng tərəvəz yetişdirmək üçün öz texnologiyalarından istifadə edir.

Qeyd olunub ki, turp adətən üç aydan sonra yığılır, lakin bu məhsul altı ay torpaqda qalıb.

Bundan əlavə, işçilər nəticələrə necə nail olmağın sirrini də açıblar.

Onların fikrincə, bu işdə təkcə müasir texnologiyalar deyil, həm də insanın öz peşəsini sevməsi vacibdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*