Yaponiyada torpaq sürüşməsi – Azı 15 nəfər həyatını itiribbackend

Yaponiyada torpaq sürüşməsi - Azı 15 nəfər həyatını itirdi

İyulun 4-də Yaponiyanın mərkəzi hissəsində yerləşən Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 15 nəfər həyatını itirib.

Bu barədə KONKRET.az NHK telekanalına istinadən xəbər verir.

Sürüşmə ərazisində xilasetmə əməliyyatı davam edir, daha 14 nəfər itkin düşmüş hesab olunur.

İyulun 4-də səhər saatlarında 37 minə yaxın əhalisi olan Atamidə torpaq sürüşməsi olub. Onun uzunluğu 2 kilometr təşkil edib, 130-dan çox ev və tikiliyə zərər dəyib. Torpaq sürüşməsinə səbəb Yaponiyanın mərkəzi və şərq rayonlarında günlərlə yağan leysan yağışları olub. Ayrı-ayrı ərazilərdə iki sutka ərzində 400 mm-dən 600 mm-dək yağıntı düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*