Yaponiyada bu icad meşələrin qırılmasının və vəhşi heyvanların insanlara hücumunun qarşısını alan ən təsirli vasitəyə çevrilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, robot istehsal edən şirkətə rəhbərlik edən Yuji Otonun təşəbbüsü ilə sıx meşələrdə robot “canavar” quraşdırılıb.
Qeyd edək ki, son illərdə Yaponiyada meşələrin qırılması halları artıb. Məsələ burasındadır ki, bu dağıdıcılıq vəhşi heyvanlar, o cümlədən yerli ayılar tərəfindən də edilir.
İnsan məskənlərinin yaxınlığında vəhşi heyvanların sayının artması və meşələrin yöndəmsiz və plansız çəkildə dağılması yerli hökuməti narahat edən ən ciddi məsələyə çevrilmişdi.
Hazırda robot “canavar”ların keşiş çəkdiyi Hokkaydo adasındakı Takikava şəhərinin sakinləri indi özlərini rahat hiss edirlər. Buna qədər sakinlər ayıların bir neçə dəfə hücumuna məruz qalmışdı. Xoşbəxtlikdən yaponlar bu vəziyyətdən qansız çıxış yolunu şəhərə “canavar” robotu quraşdırmaqla tapıblar.
Qeyd edək ki, vəhşi heyvanlar yaxınlaşanda robot ulayır, başını çevirir və qırmızı gözlərini qırparaq digər canlılarda qorxu yaradaraq onları qovur. O vaxtdan bəri heyvanların meşələrə və insanlara hücumları dayanıb.
Yuji Oton öz təşəbbüsünün nəticələrini belə qiymətləndirib:
“Ümid edirəm ki, bu, insanlar və ayının birlikdə yaşaya biləcəyi bir mühit yaratmağa kömək edəcək”.